Sumqayıtda yanğın - 15 nəfər təxliyə olundu, 2 nəfər zəhərləndi
18:16 28 İyul 2017
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaşayış binasının 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilmiş və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 1239
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək