42 yaşlı kişi dənizdə çimərkən batıb


01:35     29 İyul 2017 big_1404314237_bogulma.jpg

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.


Femida.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1975-ci il təvəllüdlü Məmmədov Adail Ziyadxan oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:40-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 950