3 kiloqramdan çox narkotiklə tutuldu


16:44     29 İyul 2017 2015-04-29-15-07-19narkotik.jpg

Hacıqabul rayon sakinlərində 3 kiloqramdan çox narkotik götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakinləri Atamalı Rəhmanovdan 1 kiloqram 325 qram, Fuad Əlimərdanovdan 4,669 qram heroin, evinə baxış zamanı isə 1 kiloqram marixuana, əvvəllər məhkum olunmuş Rasim Hidayətovdan 3,373 qram heroin, evinə baxış zamanı isə 1 kiloqram marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1144