Hökumətdən daha bir dəyişiklik - AZAL-ın səlahiyyəti alındı


17:23     30 İyul 2017 1440062617_azal.jpg

“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb.


Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qərara görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “II. “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan qurumlar” bölməsinin 1-ci hissəsi ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək göstərişi verilib.

Qərar “Azərbaycan Hava Yolları” QSC-nin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1793


Oxşar xəbərlər