Mikayıl Cabbarov Tovuzda vətəndaşları qəbul edib


20:43     31 İyul 2017 03-31.07.17-2.jpg

Təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib.


Nazirlikdən Femida.az-a verilən xəbərə görə, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, direktorların işə qəbulu, işə bərpa olunma və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər yerindəcə həllini tapıb.

Femida.az

Açar sözlər:

Oxunub: 857