771 milyon manatlıq tikinti - 6 ayın rəqəmləri


15:12     01 Avqust 2017 yol%20tikinti6.jpg

Dövlət Statistika Komitəsi inşaat işləri üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən istifadə edilməsi haqqında rəqəmləri açıqlayıb.


Femida.az xəbər verir ki, məhsul istehsalı və xidmət obyektlərinin, yaşayış evlərinin, ümumtəhsil məktəblərinin, xəstəxanaların, məktəbəqədər təhsil müəssisələrinin və digər obyektlərin tikilib istifadəyə verilməsi, habelə mövcud tikinti və obyektlərin bərpa edilməsi məqsədilə 2017-ci ildə dövlət büdcəsində inşaat işlərinin maliyyələşdirilməsi üçün 2731,3 milyon manat dəyərində vəsait nəzərdə tutulub.

Bu ilin altı ayında həmin vəsaitin 771,5 milyon manatından və ya 28,2 faizindən istifadə edilib. İnşası həyata keçirilən tikili və obyektlər üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmiş vəsait istifadə edilmiş ümumi vəsaitin 83,7 faizini təşkil edərək 645,6 milyon manat olub. İstifadə edilmiş vəsaitin 83,5 faizi İqtisadiyyat, Müdafiə Sənayesi, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, “Azəravtoyol”, “Azərişıq”, “Azərsu”, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” səhmdar cəmiyyətlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin payına düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1129


Oxşar xəbərlər