SABAH qruplarına qeydiyyat başlayır


21:51     01 Avqust 2017 tehsil%20n0.jpg

Təhsil Nazirliyi 2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulunun nəticələrini açıqlayıb.


Nazirlikdən Femida.az-a verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu test imtahanı, müsahib nəticəsi, ali təhsil müəssisəsinə qəbul balı və ümumi orta müvəffəqiyyət göstəricisinin uyğun əmsallarına, II semestr nəticələri üzrə akademik borcu olmayan tələbələrin sayına əsasən, hər bir ixtisasın kvotası və müsabiqədə iştirak edən tələbə sayı nəzərə alınmaqla azərbaycan və ingilis bölmələri üzrə qəbul aparılıb.

"Rus dili müəllimliyi" (50103) və "Tərcümə" (50203) ixtisasları üzrə tələbə sayı üzrə müsabiqə nəticələrinə əsasən akademik qrupun formalaşdırılması üçün tələbə sayı yetərsay olmadığından, bu ixtisaslar üzrə 2017/18-ci tədris ilində SABAH qrupları yaradılmayacaq.

Qəbul olunmuş tələbələrin qeydiyyatı 30 iyul-2 avqust tarixləri arasında elektron qaydada aparılacaq. Tələbələr student.sabah.edu.az saytından şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı müvafiq ərizə ilə diqqətlə tanış olmaq və təsdiqləmək mütləqdir. Ərizəni təsdiqləməməmiş tələbələr SABAH qruplarına qəbul olunmuş hesab olunmayacaq. Ərizənin təsdiqlənməsi üçün son tarix avqustun 2-dir.

Femida.az

Açar sözlər:

Oxunub: 768