Biləcəriyə gedənlər üçün XOŞ XƏBƏR


22:18     24 Avqust 2015 images_3_1437647561.jpg

Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Biləcəri istiqamətinə gedən yolda piyadalar üçün yerüstü keçid tikiləcək.


Femida.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Ticarət Mərkəzinin qarşısında yeni 7 giriş-çıxışlı yol tikilib və yaxın vaxtlarda yolun istifadəyə veriləcəyi gözlənilir: "Artıq Bakıdan Sumqayıt istiqamətindəki yolda işlərə başlanılıb. Burada bir neçə yeniliklərin həyata keçiriləcəyi gözlənilir. Bakı Avtovağzal Kompleksinin qarşısında da yeni yollar salınıb. Bu işlər yaxın zamanlarda açılışı gözlənilən "Avtovağzal" metrosuna gediş-gəlişin rahatlığı üçün həyata keçirilir. Metronun "Avtovağzal" stansiyasında tikinti işləri artıq yekunlaşıb. Ərazidə hazırda son tamamlama işləri aparılır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.

Açar sözlər:

Oxunub: 1086


Oxşar xəbərlər