Ayılar arılara hücum etdi - Qubada


21:47     02 Avqust 2017 ayı-ve-yavrusu-2.jpg

Qubada ayılar arıxanaya hücum edib.


Hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.
Arıçı Namiq Abidov “Report”a açıqlamasında bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: "Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib".

Açar sözlər:

Oxunub: 1483


Oxşar xəbərlər