49 yaşlı kişi faciəli şəkildə öldü


13:53     03 Avqust 2017 piyada%20qeza6.jpg

Bakının Sabunçu rayonunda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb.


Femida.az xəbər verir ki, yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Bəşirov Feyzulla Zeynal oğlunu "Vaz 2107" markalı avtomobil vurub. Nəticədə F.Bəşirov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Hadisəni törədən sürücü saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 665