102 ermənini öldürən kapitanın məzarı dağıdılıb - Fəxri Xiyabanda nə baş verir?


17:44     03 Avqust 2017 mezar38.jpg

Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda xoşagəlməz hal yaşanıb. Fəxri Xiyabanmda dəfn olunan bir neçə məzar naməlum səbəbdən dağıdılıb.


Dağıdılan məzarlar arasında Qarabağ müharibəsi zamanı şəhid olmuş komandir kapitan Məhərrəm Seyidovun da qəbri var. Bu barədə məlumatı Femida.az -a şəhid zabitin oğlu Səməd Seyidov verib. Onun sözlərinə görə keçən həftə atasının məzarını ziyarət etmək üçün xiyabana gedib. Ancaq gördüyü mənzərə onu məyus edib:

“ Ora çatanda gördüm ki, bir qəbrin üzərindəki şəkil sökülüb və yerə atılıb. Kənarları da dağıdılmışdı. Atamın məzarına çatanda da eyni vəziyyətlə qarşılaşdım. Gördüm ki, qəbirin sinə daşı sökülüb. İlk andaca elə bildim ki, kimsə məzarı açmaq istəyib. Torpağa baxdıqdan sonra gördüm ki, heç bir iz yoxdur. Mən başa düşə bilmədim ki, şəhid məzarlarını dağıtmaq kimə lazımdır?”

Səməd Seyidov daha sonra qeyd edib ki, II Fəxri Xiyabanda ağaclara, güllərə qulluq da ürək açan səviyyədə deyil. O qeyd edib ki, güllərə, ağaclara vaxtında su verilmədiyi üçün hamısı quruyur.

Femida.az məsələni diqqətdə saxlayacaq.









Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 22292