“SOCAR“ - ın səhmləri satışa çıxarılır


01:31     25 Avqust 2015 51a364c808945af920b9efbaaa9f28cb(1).jpg

2020-2021-ci illərdə "SOCAR Turkey Energy" şirkətinin səhmlərinin bir hissəsi birjada satışa çıxarılacaq.


Femdia.az-ın xəbərinə görə, bu barədə "SOCAR Turkey Energy" şirkətinin rəhbəri Kənan Yavuz Türkiyənin CNBC telekanalına müsahibəsində deyib.

"2020-2021-ci illərdə şirkətimizi xalqa açıq etmək istəyirik. Şirkətimizin səhmlərinin bir hissəsi, yəni "Goldman Sachs International" investisiya şirkətinin sahibi olduğu səhmlər satışa çıxarıla bilər. Satışa çıxarılacaq hissələr 13-15%, hətta bundan yüksək də ola bilər. Bu həcm həmin zaman bazarın tələblərindən asılı olacaq", - deyə K. Yavuz bildirib.

K. Yavuz əlavə edib ki, "Goldman Sachs International" SOCAR-ın strateji tərəfdaşıdır.

Xatırladaq ki, "SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"dəki səhm paketinin 13%-ni satıb. "SOCAR Turkey Energy"nin rəhbəri Kənan Yavuzun sözlərinə görə, əqdin dəyəri 1,3 mlrd. ABŞ dolları təşkil edib. "SOCAR Turkey Energy"nin səhmlərinin 13%-i "Goldman Sachs International" investisiya şirkətinə satılıb. Adıçəkilən şirkət ABŞ-ın "Goldman Sachs" və "JP Morgan" bankları tərəfindən yaradılıb.

Açar sözlər:

Oxunub: 1586


Oxşar xəbərlər