517 ədəd partlamamış sursat tapılıb - Aylıq statistika


21:24     03 Avqust 2017 herbi%20sursat.jpg

2017-cı ilin iyul ayı ərzində respublika ərazisində 517 ədəd Partlamamış Hərbi Sursat (PHS), 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina (cəmi 519 ədəd) aşkar edilərək zərərsizləşdirilib.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, əməliyyatlarda 516 nəfər əməliyyat heyəti və 135 nəfər inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.

İyul ayı ərzində təcili və təxirəsalınmaz əməliyyatlar üzrə 102 Xidməti Zəng Mərkəzindən 4 müraciət, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 4 müraciət və 102 Xidməti Zəng Mərkəzi ilə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən birgə 2 müraciət daxil olub. Müraciətlərin əsasında 61 ədəd PHS, 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina (cəmi 63 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşınaraq zərərsizləşdirilib.

Ay ərzində agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Ağstafa, Cəbrayıl, Bərdə, Gəncə, Tərtər, Qazax, Şəmkir və Lənkəran rayonlarında, eləcə də Bakı şəhərində həyata keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 715


Oxşar xəbərlər