Suriyada üçüncü təhlükəsiz bölgə yaradıldı


22:46     03 Avqust 2017 15017623422.jpg

Rusiya və Suriyadakı silahlı müxaliflər arasında bağlanan müqavilə ilə şimali Homsda yeni bir təhlükəsiz zona yaradıldığı açıqlanıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib. İqor Konaşenkov tərəflərin münaqişəni tamamilə dayandıracağını, ancaq atəşkəsə İŞİD və "Əl-Qaidə"nin daxil edilməyəcəyini deyib.

Konaşenkov bölgədə atəşkəsi təmin etmək üçün Rusiya hərbi polisinin iki nəzarət nöqtəsi və üç müşahidə nöqtəsi təşkil edəcəyini bildirib. Üçüncü münaqişəsiz bölgəyə ümumi əhali sayı 150 mini keçən 84 kənd və qəsəbənin daxil olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 792