Çay evində 29 yaşlı qızı döydülər


23:59     03 Avqust 2017 qizi%20doydu.jpg

Bakıda çay evlərindən birində xuliqanlıq hadisəsi baş verib.


Femida.az -ın “Lent.az”a istinadən verdiyi məlumata görə, polisə müraciət edən 1988-ci il təvəllüdlü Yeganə Rəsulova bildirib ki, Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsi, 6 ünvanındakı çay evində tanışı tərəfindən xuliqanlıq zəminində döyülüb.

Şikayətçi qız onu döyən şəxsin adının İlkin olduğunu, lakin həmin şəxs barəsində başqa məlumatının olmadığını deyib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 826