İmtahanda az bal toplayan müəllimdən qəribə addım - Milçəkdən şikayət etdi


19:57     04 Avqust 2017 imtahan_mueleim%20azv.jpg

“Müəllimlərin nə imtahanda, nə də imtahandan sonra problemi, söz-söhbəti, narazılığı bitmir. 24 bal yığan bir namizəd milçəkdən şikayət edib. Belə ki, zalda milçəklər ona yazmağa imkan verməyib”.


Femida.az -ın Trend-ə istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib.

Onun sözlərinə görə, müəllimliyə imtahan verən bəzilərinin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir:

R.Məmmədov deyib ki, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirirlər.

R.Məmmədov imtahan zallarındakı sarı kartlı masalara “tapşırılanlar”ın oturulması və onlara cavabların ötürülməsi ilə bağlı iradlara cavab verərək bildirib ki, cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur: “Hər seansda suallar fərqli olur. Nəzarətçilər iştirakçılara qeyd üçün ağ kağızlar paylayır. Əvvəlki seansın iştirakçısı qeydlərini orada qoyub çıxar və həmin vərəq nəzarətçilərin diqqətindən yayınarsa, növbəti seansın iştirakçısı masasında həmin qeydləri görə bilər. Qeydlər olan kağız dərhal yenisi ilə əvəz olunur. Hətta əvəz olunmasa belə, köhnə seansdan qalan qeyd yeni seansda heç kimin işinə yaramaz. Çünki suallar fərqlidir. Odur ki, bu qənaətin heç bir əsası yoxdur”.

Sarı kartlı masaların digər masalardan hansı səbəblərdən fərqləndirilməsinə gəldikdə, R.Məmmədov bildirib ki, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb digər sarı kartda bitir: “Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət daşıyan nəzarətçi cavab verir. Kartlar onların məsuliyyətini müəyyənləşdirir”.

Femida.az

Açar sözlər:

Oxunub: 2863