Universitetin yataqxanasında partlayış - Ölən və yaralılar var


02:01     06 Avqust 2017 image873.jpeg

Sumqayıtda yataqxanada partlayış olub.


Hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. (Trend)

**

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib.

FHN-dən Femida.az -a verilən xəbərə görə, yanğın şəhərin İsmət Qayıbov küçəsində yerləşən yataqxananın üçüncü mərtəbəsində baş verib.

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi hələlik məlum deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 1785


Oxşar xəbərlər