Kəndlərimiz iriçaplı pulemyotlarla atəşə tutuldu
13:47 07 Avqust 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 146 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 1043
Oxşar xəbərlər
- Kəndlərimiz düşmən atəşinə tuş gəlib
- Kəndlərimiz atəşə tutuldu
- Kəndlərimiz pulemyotlardan atəşə tutuldu
- Kəndlərimiz pulemyotlardan atəşə tutuldu
- Kəndlərimiz minaatanlardan atəşə tutulub
- Kəndlərimiz minaatanlardan atəşə tutulub
- Kəndlərimiz atəşə tutuldu - cəbhədə gərginlik
- Kəndlərimiz minaatanlardan atəşə tutuldu - Gərginlik
- Kəndlərimiz atəşə tutldu