Lütfi Zadənin vəsiyyəti açıqlandı: “Məni Azərbaycanda dəfn edin!”


19:17     09 Avqust 2017 lotfi-zadeh-difusa-644x3621.jpg

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.


Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə AzVision.az-a açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib.

“Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”.

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1091