Şəfayət Mehdiyev küçəsində nə baş verib?


18:44     10 Avqust 2017 400166061.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Yasamal rayonu Ş. Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.


ETSN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2364


Oxşar xəbərlər