Neft ucuzlaşdı, qızıl bahalaşdı


13:19     11 Avqust 2017 neft%20qizil7.jpg

Amerika fond bazarında Dow Jones indeksi 0,93% - 21 844,01 bəndədək, S&P 500 1,45% - 2 438,21 bəndədək, NASDAQ isə 2,13% - 6 216,87 bəndədək ucuzlaşıb.


Femida.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,44% - 7 389,94 bəndədək, Almaniya DAX-ı 1,15 - 12 014,30 bəndədək, Fransa CAC-40-ı isə 0,59% - 5 115,23 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,90 dollar artaraq 1 292 dollara, gümüş isə 0,02 dollar bahalaşaraq 17,09 dollara satılıb.


Dünya birjalarında isə neft ucuzlaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar və ya 0,93% azalaraq 48,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,50 dollar və ya 0,96% azalaraq 51,40 dollar olub.


Femida.az

Açar sözlər:

Oxunub: 605