Toydan qayıdarkən qəzaya düşdülər


13:41     11 Avqust 2017 1366262106_qeza-masin-agaca-cirpildi.jpg

Mingəçevirdə avtomobil idarəetməni itirərək maneyə çırpılıb.


Hadisə gecə saatlarında Mingəçevirin giriş qapısı yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, "Vaz" markalı maşınla Yevlaxdan toy məclisindən dönən və içində həmin şəhər sakinlərinin olduğu avtomobil idarəetməni itirərək beton maneyə çırpılıb. Nəticədə 2 nəfər ağır xəsarət alaraq şəhər xəstəxanasına çatdırılıb. Bunlar 1993-cü il təvəllüdlü Mingəçevir sakini Məmmədov Ataxan Vüqar oğlu və 1997-ciil təvəllüdlü Mingəçevir sakini Məhəmmədbəyli Toğrul Çingiz oğludur. Yaralıların bədənındə müxtəlif sınıqların olduğu deyilir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 868