Saatlıda bədbəxt hadisə: Ər və arvad evlərində yandı


16:00     11 Avqust 2017 43485e54571273cd7267804c844a7aca.jpg

Avqustun 10-da saat 11 radələrində Saatlı rayonunun Dədəqorqud kəndində evlərdən birində yanğın hadisəsi olub.


Femida.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, yanğın kənd sakini Məhəbbət Məmmədovun evində baş verib. Nəticədə evin 20 kvm. sahəsində mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri alan ev sahibi və arvadı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 945