Sabah hava sərin keçəcək
16:43 11 Avqust 2017
Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Oxunub: 765
Oxşar xəbərlər
- Sabah hava yağışlı olacaq
- Sabah hava küləkli olacaq
- Sabahın məzənnəsi
- Sabah yağış yağacaq, duman olacaq
- Sabaha olan hava proqnozu
- Sabah hava necə keçəcək? - Proqnoz
- Sabahın hava proqnozu - külək, duman..
- Sabah hava yağmursuz olacaq
- Sabahın məzənnəsi açıqlandı
- Sabah Bakıda yaz havası olacaq - PROQNOZ