Karateçilərimiz İrana yollanır


18:21     11 Avqust 2017 571752.jpg

Karate idman növünün (wkf) müxtəlif yaş qrupları üzrə milli komandamızın üzvləri İranının Urmiyə şəhərində kişilər arasında 13-cü beynəllxalq dostluq və həmrəylik turnirində iştirak edəcəklər.


Femida.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (-52 kq), Hüseyn Məmmədli və Tale Yaqubov (hər ikisi -57 kq), Rəvan Bağırov və İsmayıl Məhəbbətli (hər ikisi -63 kq), Məmməd Məmmədov (-70 kq), 16-17 yaşlı gənclərdə isə Müseyib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Tural Yaqubov (-68 kq), və Murad Balakişiyev (-76 kq) çıxış edəcək.

Böyüklərin yarışına Ülvi Qurbanlı və Elcan Məmmədrzayev, (hər ikisi -60 kq), Hüseyn Əliyev və Rafiz Hüseynov (hər ikisi -67 kq), Pənah Abdullayev və Turqut Həsənov (hər ikisi -84 kq), Emil Güləhmədov, Murad Hacızadə, Şahin Atamov və Əli Cəfərov, (dördü də +84 kq) qatılacaq.

Roman Heydərov fərdi kata yarışlarında, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Əliyev isə komanda çıxışlarında mübarizə aparacaqlar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyədə ənənəvi yarışa yollanan heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var. Yarış 4 gün davam edəcək. İdmançılarımız ayın 15-də səfərdən dönəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 807


Oxşar xəbərlər