İlham Əliyev Ramil Quliyevə ev verib


19:11     15 Avqust 2017 ramil%20(2).jpg

"Ramil Quliyev yeganə idmançıdır ki, 19 yaşında heç bir nəticəsi olmadığı halda, cənab prezident onu evlə təmin edib. Bu, federasiyanın təqdimatı ilə olub. Həmçinin "Neftçi"də yüksək maaş alıb. Bunları araşdırın".


Femida.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə yığmanın sabiq üzvü Ramil Quliyevin Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olmasına münasibət bildirərkən deyib.

Ç.Hüseynzadə bildirib ki, R.Quliyevlə bağlı 6 il əvvəl dediklərini təkzib etmir: "Atletika fərqli idman növüdür. Burada hazırlıq məsələsi var. Bəli, demişdim ki, Rio-de-Janeyroda nəticəsi olmayacaq, olmadı da. Ramil 2015-ci ildən sonra uğur qazanmağa başladı. Bu məsələnin bir idman tərəfi var, bir də mənəvi tərəfi".

Femida.az

Açar sözlər:

Oxunub: 2262