Soyadı dəyişmək üçün hansı sənədlər lazımdır - HÜQUQİ YARDIM


17:22     25 Yanvar 2018 pasport46.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bugünkü mövzumuz soyadların dəyişdirilməsi ilə bağlıdır.

Soyadını dəyişdirmək istəyənlər nələri etməlidir? Bunun üçün hansı hüquqi prosedurların həyata keçirilməsi lazımdır?


Soyadın dəyişdirilməsi üçün zəruri olan sənədlərin siyahısısını təqdim edirik:

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;

Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;

Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;

Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Prosesdə iştirak etməli olan şəxslərin siyahısı:

Uşaq 18 yaşına çatanadək onun valideynləri;

Ərizə verən şəxsin özü;

Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun (haqqın) məbləği:

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün 10 manat
dövlət rüsumu ödənilməlidir

Miri Məcidli
Femida.az

Açar sözlər: #Hüquq   #Məhkəmə   #Vətəndaş    

Oxunub: 25558