Bacı-qardaşın başını kəsən qatildən xəbər var - FOTO


16:02     17 Avqust 2017 baci%20qardas%20basi%20kesilen.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Femida.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 23-ə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 2-də Keşlə qəsəbəsində Fəridə Qasımovanın meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi BMW markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.



Femida.az

Açar sözlər:

Oxunub: 8551


Oxşar xəbərlər