Arxeoloji qazıntılarda aşkarlanmış nadir tapıntıları kim oğurlayıb? - VİDEO


02:12     18 Avqust 2017 47588978_58676.jpg

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş nadir tapıntılar oğurlanıb.


Femida.az ARB TV-yə istinadən xəbər verir ki, nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi.

Qazıntılar zamanı ərazidən 2500 il bundan əvvələ aid olduğu müəyyən edilən məzarlıqlarda 120-dən çox qəbir tapılıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib. Lakin 3 gün əvvəl qazıntılar zamanı tapılan bir neçə nadir tapıntı oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 856


Oxşar xəbərlər