Cəbhədəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
13:30 22 Avqust 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.
Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 830
Oxşar xəbərlər
- Cəbhədəki gərginliklə bağlı nazirlikdən açıqlama
- Cəbhədəki vəziyyətlə bağlı son xəbər - RƏSMİ
- Cəbhədəki gərginliklə bağlı Rusiyadan açıqlama
- Cəbhədəki döyüşlərlə bağlı daha bir BƏYANAT
- Cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Cəbhədəki gərginlik `referendum` təxribatının davamıdır - XİN
- Cəbhədəki vəziyyətlə bağlı ÇAĞIRIŞ
- Cəbhədəki gərginliklə bağlı - Nazirlikdən açıqlama
- Cəbhədəki gərginlik Formula 1-ə təsir edəcək?
- Cəbhədəki hərbi əməliyyatlarla bağlı Qaynar Xətt yaradıldı