İlham Əliyev həmkarını təbrik etdi


03:23     27 Avqust 2015 1439992729_1435737119_1435671904_1434446743_untitled-1.jpg

Azərbaycan prezidenti İlham Əliyev Moldova prezidenti Nikolaye Timoftiyə təbrik məktubu göndərib.


Femida.az xəbər verir ki, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram”.

Açar sözlər:

Oxunub: 928