Pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu - VİDEO


13:54     23 Avqust 2017 product_1503385919.jpg

Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb.


Femida.az ARB TV -yə istinadla xəbər verir ki, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib.

Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur.

Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 1242