Dənizdə batan 2 nəfər xilas edilib


19:56     23 Avqust 2017 big_1404314237_bogulma.jpg

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaşlar sudan çıxarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 639