Hökumətlərarası komissiyasının tərkibi dəyişdi
22:55 24 Avqust 2017
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı kimi müəyyənləşib:
“Komissiyanın sədri
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavini
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri:
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Xələf Xələfov - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Nazim İbrahimov - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Ramiz Həsənov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Dursun Həsənov - Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri
Femida.az
Oxunub: 793