Parçalanmış qadın cəsədi - Sirr açıldı


16:46     27 Avqust 2015 qadin.jpg

İstanbulda müdhiş cinayət törədilib.


Zibillik ərazidə parçalanmış vəziyyətdə cəsədi tapılan Günəş Kaynakı adlı qadını Bayram adlı birinin öldürdüyü ortaya çıxıb. Bayram F. gənc qadını öldürdüyünü və parçalara ayırdığını boynuna alıb. Cəsədi atmağa gedərkən təhlükəsizlik kameraları onu lentə alıb. Görüntülərdə Bayramın 3 dəfə zibillik əraziyə gələrək cəsədin parçalarını atması əks olunub. Polis əməkdaşları cinayətin törədilməsində şübhəli bilinən daha 4 nəfəri saxlayıb.

Cəsədi parça-parça etmişdi...

Polis əməkdaşları telefon siqnalları vasitədilə Günəş Kaynakın ən son zəng etdiyi ərazini araşdırmağa başladılar. Həmin ərazidə mövcud olan təhlükəsizlik kameralarını dəfələrlə nəzərdən keçirdilər. Bayram parçalara ayrılmış cəsədi zibillik əraziyə aparakən bir neçə dəfə təhlükəsizlik kameralarında lentə alınıb.

3 dəfə zibil atması şübhələr yaratdı...

Təhlükəsizlik kameralarında lentə alınan görüntülərdə Bayramın 11 avqust saat 23:11 radələrində bir paketi çətinliklə zibilliyə atması öz əksini tapıb. Təqribən 45 dəqiqə sonra evə yenidən qayıtdığı görülən Bayramın saat 23:56 radələrində evdən əlində paket yenidən çıxdığı və həmin paketi zibillik əraziyə aparması kameralarda lentə alınb. Saat 00:26 radələrində isə Bayramın evindən 3-cü dəfə əlində bir paket zibillik əraziyə tərəf getməsini təhlükəsizlik kameraları yenə lentə alıb.

Şübhəli şəxs kimi saxlanıldılar...

İstanbul Poliş Şöbəsinin əməkdaşları cinayəti törətdiyini etiraf edən Bayram F. ilə yanaşı şübhəli şəxs Əli E., Fərhat B., Əyyub D. - ni də istintaqa cəlb edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 3002


Oxşar xəbərlər