Suriyada atəşkəs elan edildi


18:22     27 Avqust 2015 image.jpg

Suriyada təxminən 2 həftə əvvəl atəşkəs elan olunan bölgə üçün yenidən oxşar qərar verilib.


Femida.az “Reuters”ə istinadən xəbər verir ki, şiələrin yaşadığı Livan sərhədinə yaxın Zabadani və İdlib şəhərində ordu və müxaliflərin razılaşması ilə elan edilən 2 günlük atəşkəsə Hizbullah nəzarət edəcək.

Bu gün yerli saatla 06:00-da başlayan atəşkəsə riayət olunub-olunmayacağı hələ ki, məlum deyil.

Xatırladaq ki, avqustun 12-də bu bölgədə 48 saatlıq atəşkəs elan edilmişdi, amma Nusra Cəbhəsi razılaşmanı pozduğu üçün razılaşma uzaldılmamışdı.

Açar sözlər:

Oxunub: 896