673 azərbaycanlı Gürcüstanın ali məktəblərinə qəbul oldu


16:18     28 Avqust 2017 telebe177.jpg

Gürcüstanda milli azlıq nümayəndələri arasında "1+4" proqramı ilə ali məktəblərin hazırlıq kurslarına qəbul olan tələbələr arasında azərbaycanlılar birinci yeri tutub.


Femida.az APA-ya istinadən xəbər verir ki, adıçəkilən proqram üzrə ali məktəblərə qəbul olan azərbaycanlı tələbələrin sayı 673, erməni tələbələrin sayı isə 373 nəfər təşkil edib.

Azərbaycanlı tələbələrin ən çox qəbul olunduğu ali məktəblərin ilk üçlüyünə Gürcüstan Texniki Universiteti (228 nəfər), İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (206 nəfər) və İlya Dövlət Universiteti (147 nəfər) daxildir. "1+4" proqramı ilə Gürcüstanın ali məktəblərinin hazırlıq kurslarına qəbul olan azərbaycanlı tələbələrin yalnız 83-nün təhsili dövlət tərəfindən tam maliyyələşdiriləcək. Yerdə qalan tələbələr üçün illik təhsil haqqı 1500-2250 lari təşkil edir.

Qeyd edək ki, Gürcüstanda 2010-2011-ci tədris ilindən tətbiqinə başlanılmış "1+4" proqramına əsasən milli azlıqlardan olan abituriyentlər doğma dillərində ümumi biliklər üzrə imtahan verərək ali məktəbin intensiv gürcü dili kursuna daxil olur. Bir illik kursu başa vuran tələbələr tələb olunan krediti topladıqdan sonra bakalavr pilləsi üzrə təhsilini davam etdirir.

Femida.az

Açar sözlər:

Oxunub: 558


Oxşar xəbərlər