Yəmənə hücumlara görə BMT tənqid olundu


22:13     28 Avqust 2017 1503923773.jpg

Yəmənin “Ənsarullah” hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam BMT-ni Səudiyyə Ərəbistanına qarşı ədalətsiz olmaqda ittiham edib.


ABŞ və Səudiyyə Ərəbistanının kölgəsində qalan BMT-nin Yəməndə baş verən cinayət və qətliamlar qarşısında səmimi və ciddi olmadığını bildirən Məhəmməd Əbdüssəlam bu vəziyyətin Yəməndəki qətliamları daha da artmasına səbəb olduğunu vurğulayıb.

"Ənsarullah” rəsmisi hərəkat olaraq işğalçılar qarşısında geri addım atmayacaqlarını diqqətə çatdırıb. Yəmən xalqından mübarizədə daha da möhkəm olmalarını istəyən Məhəmməd Əbdüssəlam xalqla birgə yeni uğurlar qazancaqlarına inandıqlarını qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 754


Oxşar xəbərlər