Nazirlikdən meşə yanğınları ilə bağlı açıqlama
20:34 29 Avqust 2017
Avqustun 28-də Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Bum meşəbəyliyinin 2 saylı dolayında, bu gün isə səhər saat 8 radələrində isə Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, ərazilərə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. Bum meşəbəyliyində baş verən yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Əsasən əl əməyindən və FHN-nin helikopterindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın 29 avqust 2017-ci il tarixində saat 15 radələrində lokallaşdırılıb. İlkin hesablamalara görə yanğın nəticəsində 10 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Oğuz MMBM-in Xaçmaz meşəbəyliyində baş vermiş yanğın isə saat 14 radələrində tam söndürülüb. Yanğın nəticəsində 0.5 hektar ərazidə quru ot və kol örtüyü yanıb.
Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
Femida.az
Oxunub: 615
Oxşar xəbərlər
- Nazirlikdən hərbçi olmaq istəyənlərə müraciət
- Nazirlikdən xəbərdarlıq- “Bad rabbit” virusu yayılıb
- Nazirlikdən ərəb turistə 1000 manatlıq cərimə
- Nazirlikdən xəbərdarlıq: Leysan, dolu, qar...
- Nazirlikdən küçələrdə rəhmsiz rəftar olunan heyvanlarla bağlı bəyanat
- Nazirlikdən hava xəbərdarlığı: `3 gün ərzində...`
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən benzinin bahalaşmasına dair ŞƏRH
- Nazirlikdən Tiqran Balayana CAVAB