Ərəbistanın cənubu 27 raketlə hədəfə alındı


22:23     29 Avqust 2017 raket%20erebisan.jpg

Yəmən ordusu və xalq müqavimət komitəsi raket və artilleriya batareyası dünən axşam Ərəbistanın cənubundakı Nacranın müxtəlif bölgələrinə 27 Katyuşa raket atıldığını bildirib.


Zərbələr Səudiyyə qüvvələrinə cavab tədbirləri məqsədilə həyata keçrilib. Digər tərəfdən, Yəmənli qüvvələrin Haccə əyalətində Midi bölgəsinin bütün çöllərini Səudiyyə qüvvələrindən geri aldığı açıqlanıb.

Yəmənli qüvvələr bundan əlavə, ölkənin cənubunda yerləşən əl-Bəyza əyalətində əz-Zahir bölgəsində Səudiyyə qüvvələri və Əl-Qaidə terrorçularını hədəfə alaraq, düşməni ağır itkiyə məruz qoyub. Bu hücumda 20-dən çox Səudiyyə döyüşçüsü iləə terrorçunun öldürüldüyü və ya yaralandığı bildirilib.

Yəmənli hərbi mənbə bu əməliyyatda Səudiyyə qüvvələrindən bir çoxunun əsir götürüldüyünü, xeyli miqdarda silah və hərbi avadanlıq ələ keçirildiyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 972


Oxşar xəbərlər