Narkotikə qarşı vaksin icad olunub


01:11     30 Avqust 2017 1307334shutterstock-172252736780x390.jpg

Bir qrup amerikalı alim insan beynini heroin və sintetik narkotik vasitələrdən müdafiə edən vaksin icad edib.


Femida.az xəbər verir ki, hazırlanan vaksin narkotik maddələrin qan-damar yolu ilə beyinə daxil olmasının qarşısını alır.

Vaksin sınaqları laboratoriya şəraitində siçan üzərində həyata keçirilib. Təcrübələr nəticəsində onların heroinə dayanıqlığı müşahidə olunub.

Alimlər ümid edir ki, vaksin insanların narkotikdən asılılığını, eləcə də artıq dozadan ölüm hallarını azaldacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1309