Nazirlikdən bayram yarmarkaları ilə bağlı müraciət


15:13     31 Avqust 2017 59a5496108a62_1503431718_tretrety.jpg

Kənd Təsərrüfatı Nazirliyi sahibkarla müraciət edib.


Qurumdan Femida.az-a verilən məlumata görə, Bakı şəhərinin yarmarkalarında yalnız Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu heyvanların satışına dair yayılan məlumatla əlaqədar nazirlik sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında (Nərimanov rayonu, Əliyar Əliyev küç., Keşlə bazarının yanı, Xətai rayonu, “Nargilə” kafesinin yanı, Yasamal rayonu, Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının həyəti, Səbail rayonu, Seymur Məmmədov küçəsi, 8, parkın yanı) təşkil olunmuş qurbanlıq heyvanların satış-yarmarkalarında nazirliyin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı, həmin ərazilərdə, eyni zamanda, Bakı şəhəri və ətraf qəsəbələrin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.

Nazirlik sahibkarları Bakı şəhəri və ətraf qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir.

Femida.az

Açar sözlər:

Oxunub: 889