Hoqlandın fikirlərinə Zaxarovadan REAKSİYA


21:13     31 Avqust 2017 zaxarova.jpg

"Riçard Hoqlandın bəyanatı yenilik deyil, ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatlarında dəfələrlə buna əsaslanıb".


Femida.az xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri üzrə yaxınlarda səsləndirdiyi fikirləri şərh edərkən deyib.

XİN rəsmisi həmçini yeni amerikalı həmsədr Endryu Şefferin təyinatını da alqışlayıb. Onun sözlərinə görə, həmsədrlər yenilənmiş heyətlə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım səylərini davam etdirəcəklər: "Minsk qrupu həmsədrləri üçlüyünə xas komanda ruhunun qorunub saxlanılacağına ümid edirik".

Femida.az

Açar sözlər:

Oxunub: 702


Oxşar xəbərlər