Fransa XİN: “Əsədlə sülh inşa edə bilmərik”


21:52     01 Sentyabr 2017 drianaaa.jpg

Fransa hökumətindən Suriya probleminin həlli ilə bağlı növbəti açıqlama verilib.


Femida.az-ın xəbərinə görə, Fransanın xarici işlər naziri Jan İv Le Drian prezident Emmanuel Makrondan fərqli mövqe ortaya qoyub. RTL radiosuna müsahibə verən nazir Suriyada Bəşər Əsədlə sülh qurulmasının mümkün olmadığını bildirib: “Əsədlə sülh inşa edə bilmərik. Bu, çözüm olmaz. Çözüm yeni bir Konstitusiyanın qəbulu və seçkilərin keçirilməsi üçün təqvim tərtib etməkdir. Bu keçid Əsədlə ola bilməz”.

Qeyd edək ki, prezident E. Makron iyul ayında verdiyi açıqlamada Əsədin yerinə keçə biləcək legitim xələf görmədiyini və Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını ön şərt kimi irəli sürmədiklərini söyləyib. O, əsas hədəfin İŞİD terroruna son qoymaq olduğunu bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 730