Obamanın Trampa yazdığı maraqlı məktub ələ keçdi


21:33     04 Sentyabr 2017 obama%20tramp.png

Amerikanın CNN telekanalı ABŞ-ın sabiq prezidenti Barak Obamanın indiki Prezident Donald Trampa göndərdiyi məktubu əldə edib.

Femida.az xəbər verir ki, ABŞ-ın 44 və 45-ci prezidentləri arasında sonuncu birbaşa təmas olduğu qeyd edilən məktubda maraqlı ifadələr var.

Obama məktubuna "Cənab Prezident" ifadəsi ilə başlayıb və Trampı təbrik edir. Sabiq prezident eyni zamanda məktubda "Milyonlarla insan səni bağışladı" sözündən istifadə edir.

"Bu bizə demokratik qurumların, məsələn, qanunun aliliyi, səlahiyyətlərin ayrılması, bərabərhüquqlu müdafiə və fundamental hüquqların qorunması üçün nümunədir", - Barak Obama məktubunda qeyd edir.

Eyni zamanda məktubda Trampın bir prezident kimi uğur nümunəsi olmadığı da bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1018