İrandan narkotik gətirən şəxsə ağır cəza istəndi


18:45     05 Sentyabr 2017 hebs%20omur32.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasından narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmaqda təqsirləndirilən Mahir Bayraməliyev və Ramiz Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, M. Bayraməliyevin 14 il 6 ay, R. Cabbarovun isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il sentyabrında Qızıldaş qəsəbəsində gömrük əməkdaşları tərəfindən saxlanılıblar. Onların avtomobilindən 9 kiloqrama yaxın narkotik vasitə tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 874