Myanma qaçqınlarının qayıqları aşdı - 5 uşaq öldü


16:13     06 Sentyabr 2017 578542.jpg

Myanmadan Banqladeşə qaçqınları aparan qayıqların aşması nəticəsində azı 5 uşaq həlak olub.


Femida.az xəbər verir ki, zorakılıqdan qaçan rohinca müsəlmanlarının olduğu 3-4 qayıq Banqladeşlə Myanma arasında sərhəd rolunu oynayan Naf çayında aşıb.

Hazırda qayıqda olan digər qaçqınların axtarışlar aparılır.

Daha öncə isə avqustun sonlarında həmin çayda qayıq aşması nəticəsində 40-a yaxın rohinca müsəlmanlarının həlak olması barədə məlumat verilmişdi.

Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.

Femida.az

Açar sözlər:

Oxunub: 846