İstintaq Təcridxanasında gərgin anlar - Özünü asmaq istədi
20:12 06 Sentyabr 2017
Dələduzluqda təqsirləndirilən Əli Qəmbərov Bakı İstintaq Təcridxanasında intihara cəhd edib.
Femida.az -ın xəbərinə görə, bu barədə Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə və Bakı Şəhər Prokurorluğuna daxil olan məktubda qeyd edilib. Məlumata görə, Ə. Qəmbərov saxlandığı kamerada özünü asmağa cəhd etsə də, bu cəhdin qarşısı alınıb.
Qeyd edək ki, Ə. Qəmbərov Bakı sakinlərinin etibarından sui-istifadə edərək, avtomobil satmaq adı ilə zərərçəkmişlərə ümumilikdə 86 min manat məbləğində ziyan vurub.
Ə. Qəmbərovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun icraatında araşdırılır.
Femida.az
Oxunub: 1197
Oxşar xəbərlər
- İstintaq Təcridxanasında uşaq dünyaya gətirən qadının məhkəməsi başlayıb
- İstintaq təcridxanasında özünü asdı
- İstintaq müddəti hansı hallarda uzadıla bilər?
- İstintaqçılarımız Moskvada: Sterliqov dindiriləcək
- İstintaq avstriyalı idmançıların düşdüyü qəzanı araşdırır - NAZİR
- İstintaq qrupu kimlərdən ibarətdir?