244 nəfər dəm qazından zəhərlənib


16:00     07 Sentyabr 2017 big_1403071991_qaz.jpg

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1391 nəfər zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.


Femida.az -ın xəbərinə görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, onlardan 111 nəfər sirkə turşusundan, 165 nəfər dəm qazından zəhərlənmə ilə daxil olub. 244 nəfər dərmanla zəhərlənib ki, onlardan da 103 nəfərində kəskin allergik reaksiyalar baş verib:

“Mart - sentyabr aylarında 4 nəfər qara qurd sancması, 56 nəfər etanolla (spirtli içki) zəhərlənmə, 83 nəfər ilan sancması (əsasən gürzə ilan ilə sancma) diaqnozu ilə xəstəxanaya daxil olub. İlan sancma hallarında 6 nəfər azyaşlı olub, ölüm hadisəsi qeydə alınmayıb. Yanvardan indiyədək 6 nəfər zəhərli göbələkdən zəhərlənib”.

A. Maqsudov qeyd edib ki, müraciətlər əsasən, regionlardan Şamaxı, Hacıqabul , Yevlax, Bərdə, Qazax, Şəmkir, Tovuz, Astara, Lənkərandan olub.

Femida.az

Açar sözlər:

Oxunub: 719


Oxşar xəbərlər