Avtobusda biabırçılıq: Qadın sürücünü təhqir etdi (VİDEO)


18:02     08 Sentyabr 2017 avtobus0.jpg

“Bakubus” avtobusunda ön qapıdan düşmək istəyən sərnişinlə sürücü arasında münaqişə yaşanıb.


Femida.az xəbər verir ki, hadisənin video görüntüsünü Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə yayıb. O bildirib ki, hadisə 6 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib:

“Sərnişinlərdən biri ön qapıdan düşmək istəyir. Lakin sürücü buna mane olur və bildirir ki, avtobusdan düşmək üçün sərnişinlər orta və arxa qapılardan istifadə edə bilər. Mübahisə də elə bundan sonra başlayır. Xanım sərnişin qeyri-etik ifadələrlə sürücünü təhqir edir”.




Femida.az

Açar sözlər:

Oxunub: 2103